Britaniya Yaxın Şərqə təxliyə üçün gəmi göndərir

Tarix: 10 Mar 2026 14:13

Böyük Britaniya Yaxın Şərqdə mülki şəxslərin təxliyəsi üçün gəmi göndərməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Məlumata görə, Britaniyanın Kral Dəniz Donanmasının mülki dəstək bölməsinin desant gəmisi olan “RFA Lyme Bay” yüksək hazırlıq vəziyyətinə gətirilib.

Gəmi həm aviasiya platforması kimi fəaliyyət göstərə bilər, həm də tibbi avadanlıqlarla təchiz olunduğundan humanitar və fəlakət zamanı yardımı missiyaları üçün də əlverişlidir.

İlqar Xudiyev Böyük Britaniya Yaxın Şərq təxliyyə gəmisi

Xəbər Lenti