Rusiya ordusu Ukraynanı bombalayıb, 4 nəfər ölüb

Rusiya ordusu Ukraynanı bombalayıb, 4 nəfər ölüb

Tarix: 10 Mar 2026 16:24

Rusiya ordusu Ukraynanın Slovyansk şəhərinin mərkəzinə aviabomba atıb.

APA xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.

Məlumata görə, şəhərə atılan aviabombalardan birinin çoxmərtəbəli yaşayış binasına düşməsi nəticəsində 4 nəfər ölüb, biri uşaq olmaqla 16 nəfər yaralanıb.

Bildirilir ki, ümumilikdə üç aviabombanın partlaması nəticəsində şəhərdə altı çoxmərtəbəli binaya ziyan dəyib.

İlqar Xudiyev Rusiya Ukrayna Slovyansk şəhərinə hava zərəbəsi

Mənbə: apa.az

Xəbər Lenti