Aİ lideri: Avropa üçün nüvə enerjisi prioritetdir

Tarix: 10 Mar 2026 16:02

Avropanın enerji təhlükəsizliyi üçün nüvə və bərpa olunan enerji prioritetdir.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen nüvə enerjisi sammitində bildirib.

O, Avropada elektrik enerjisi tariflərinin yüksək olduğunu qeyd edib: "Avropa nə neft, nə də qaz istehsal edir. Biz tamamilə bahalı və qeyri-sabit idxaldan asılıyıq ki, bu da bizi digər bölgələrlə müqayisədə əlverişsiz vəziyyətə salır”.

Avropa Komissiyasının Prezidenti vurğulayıb ki, Yaxın Şərqdəki hazırkı böhran bunu açıq şəkildə göstərir.

O əlavə edib ki, Avropanın yerli, aşağı karbonlu enerji mənbələrinə ehtiyacı var.

Ursula von der Leyen avropalıları etibarlı və əlverişli enerji mənbəyi olan nüvə enerjisinə yenidən investisiya qoymağa çağırıb: “1990-cı ildə nüvə enerjisi Avropanın elektrik enerjisinin üçdə birini təşkil edirdisə, bu gün bu rəqəm cəmi 15%-ə yaxındır. Nüvə enerjisinin payının bu qədər azalması bir seçim idi. Geriyə baxanda Avropanın etibarlı və əlverişli aşağı emissiyalı enerji mənbəyinə arxa çevirməsi strateji bir səhv idi. Bu, dəyişməlidir”.

Avropa Komissiyası Prezidenti Aİ elektrik enerjisi

Xəbər Lenti