Çərşənbə axşamı, 10 Mart, 2026
Tarix: 10 Mar 2026 17:43
Müharibə başlayandan İranın raket buraxılışları 90%, dron hücumları isə 83% azalıb.
APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset mətbuat konfransında bildirib.
“Bizim zərbələrimiz İran tərəfindən həyata keçirilən raket və dron hücumlarının sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verib. Ballistik raket hücumlarının sayı azalmağa davam edir – əməliyyatın başlanğıcından bəri bu 90%, dron hücumlarının sayı isə əməliyyatın başlanğıcından bəri 83% azalıb”, - nazir vurğulayıb.
İlqar Xudiyev ABŞ İran raket və dron hücumları