Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb

Tarix: 10 Mar 2026 21:33

Keniyada güclü yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 49-a çatıb.

APA xəbər verir ki, bu barədə “Daily Nation” qəzeti məlumat verib.

Məlumata görə 6 martdan bəri davam edən daşqınlar zamanı ölümlərin əksəriyyəti Nayrobidə baş verib.

Ən azı 2600 ailə evlərini tərk etmək məcburiyyətində qalıb.

Xəbər Lenti