Çərşənbə axşamı, 10 Mart, 2026
Tarix: 10 Mar 2026 21:02
Ukrayna Silahlı Qüvvələrinin Bryansk şəhərinə raket zərbəsi endirməsi nəticəsində iki nəfər ölüb, azı 13 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz məlumat verib.
Məlumata görə Ukraynanın atdığı "Storm Shadow" raketləri ilə mikroelektronika zavodu hədəf alınıb.
Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Bryanskda raket idarəetmə sistemləri istehsal edən zavodu vurduğunu açıqlayıb.