Ukrayna ordusunun Bryanska raket zərbələri endirməsi nəticəsində 6 nəfər ölüb, 37 nəfər yaralanıb - YENİLƏNİB

Tarix: 10 Mar 2026 22:45

Ukrayna ordusunun Bryanska raket zərbəsi nəticəsində ölənlərin sayı altıya, yaralananların sayı isə 37 nəfərə çatıb.

APA xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Bryanska raket zərbəsi endirdiyini təsdiqləyib.

***

21:02

Ukrayna Silahlı Qüvvələrinin Bryansk şəhərinə raket zərbəsi endirməsi nəticəsində iki nəfər ölüb, azı 13 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz məlumat verib.

Məlumata görə Ukraynanın atdığı "Storm Shadow" raketləri ilə mikroelektronika zavodu hədəf alınıb.

Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Bryanskda raket idarəetmə sistemləri istehsal edən zavodu vurduğunu açıqlayıb.

Xəbər Lenti