İranda casusluğa görə saxlanılanların sayı 40-a çatıb

Tarix: 10 Mar 2026 22:23

İranda İsrail və ABŞ-a casusluq etməkdə şübhəli bilinən daha 10 nəfər həbs olunub.

APA xəbər verir ki, İran dövlət televiziyasının verdiyi məlumata görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasında deyilir.

"İndiyə qədər hücum yerlərini lentə alan və materialları düşmən mediasına göndərən 10 düşmən həbs olunub", - açıqlamada bildirilir.

Qeyd edək ki, bundan əvvəl də İranın Kəşfiyyat Nazirliyi casusluqda şübhəli bilinən 30 nəfərin həbs olunduğunu açıqlamışdı.

Xəbər Lenti