Çərşənbə, 11 Mart, 2026
Tarix: 11 Mar 2026 00:08
Rusiyanın İrandakı konsulluğunun bir neçə əməkdaşı bomba partlayışı nəticəsində yaralanıb.
APA xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, 8 martda Rusiyanın İsfahandakı konsulluq binasına hücum olub.
Konsulluq binasına hücum zamanı baş vermiş partlayış dalğası bir neçə nəfərin xəsarət almasına səbəb olub.
Hadisə nəticəsində ölən və ya ciddi xəsarət alan olmayıb.