Çərşənbə, 11 Mart, 2026
Tarix: 11 Mar 2026 11:46
Rusiya Ukraynanın Bryansk şəhərinə hücumuna cavab verəcək, cavabı isə hərbçilər müəyyən edəcək.
APA xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Necə cavab verəcəyimizə bizim hərbçilərimiz qərar verəcək”, – Kreml rəsmisi qeyd edib.
O vurğulayıb ki, hərbçilər planlı şəkildə işləyirlər və Kiyevin belə hücumlarının qarşısının alınması üçün “Xüsusi Hərbi Əməliyyat” uğurla başa çatmalıdır.
Qeyd edək ki, regionun qubernatoru Aleksandr Boqomazın məlumatına görə, Ukrayna ordusunun Bryansk şəhərində mikroelektronika zavoduna endirdiyi raket zərbəsi nəticəsində 6 nəfər ölüb, 47 nəfər yaralanıb.
İlqar Xudiyev Bryanska raket zərbəsi Ukrayna Rusiya