Çərşənbə, 11 Mart, 2026
Tarix: 11 Mar 2026 10:48
Müharibənin yalnız ilk günlərində ABŞ-ın müttəfiqləri əsasən İran dronlarına qarşı minə yaxın “Patriot PAC-3” raketindən istifadə ediblər.
APA “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə analitiklər bildirir.
Məlumata görə, bu həmin raketlərin illik istehsalından demək olar iki dəfə çoxdur.
Ekspertlər qeyd edirlər ki, eyni zamanda, münaqişə bir növ silah yarışı halını alıb.
“Bu bir yarışdır – hansı tərəfin silah ehtiyatları əvvəl tükənəcək: bizim, yoxsa İranın”, - Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin analitiki Mark Kansian “Bloomberg”ə bildirib.
İlqar Xudiyev ABŞ Patriot İran kamikadze dronları