Çərşənbə, 11 Mart, 2026
Tarix: 11 Mar 2026 11:54
Ukraynanın Rusiyanın Bryansk vilayətinə 7 "Storm Shadow" raketi atdığı məlum olub.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib.
O, raket hücumu nəticəsində yaralananların 42 nəfərə çatdığını söyləyib.
Qeyd edək ki, martın 10-da Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Bryansk vilayəti raket atəşinə tutulub. Rusiya tərəfi raket zərbələri nəticəsində 6 nəfərin öldüyünü açıqlayıb.
Fərid Əkbərov Ukrayna Rusiya Bryansk