Çərşənbə, 11 Mart, 2026
Tarix: 11 Mar 2026 14:30
Avropa İttifaqı enerji resurslarına 3 milyard avro əlavə pul ödəyib.
APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bu gün Avropa parlamentində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İsrail və ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının ilk on günü ərzində enerji daşıyıcılarının qiymətinin artması səbəbindən enerji resurslarına 3 milyard avro əlavə vəsait ödənilib.
“Münaqişənin başlanğıcından bəri qazın qiyməti 50%, neftin qiyməti isə 27% artıb. Bu artımı avroya çevirsək, müharibənin 10 günü ərzində Avropa vergi ödəyicilərinə neft-qaz idxalı əlavə 3 milyard avroya başa gəlib. Bu, asılılığımızın qiymətidir”, - o bildirib.
İlqar Xudiyev Leyen Aİ enerji resurslarının qiymət artımı İran Körfəz ölkələri