Ərdoğan xəbərdarlıq edib: Kimsə Türkiyə torpaqlarına göz dikib, macəra axtarırsa, buyurub gəlsin

Tarix: 11 Mar 2026 14:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki müharibəyə diqqət çəkərək xəbərdarlıq edib.

APA-nın yerli bürosu xəbər verir ki, partiyasının qrup toplantısında çıxış edən Ərdoğanın sözlərinə görə, “Türkiyəyə əl uzadanın əli, dil uzadanın dili yanar”.

O bildirib ki, Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur.

Ərdoğan qeyd edib ki, bununla belə, əgər kimsə Türkiyə torpaqlarına göz dikib, macəra axtararsa, tərəddüd etmədən onlara meydan oxuyacaqlar.

Dəryanur Cəfərova Ərdoğan Yaxın Şərq

Xəbər Lenti