Çərşənbə, 11 Mart, 2026
Tarix: 11 Mar 2026 14:02
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun rəhbərliyi etdiyi nümayəndə heyəti İran hücumlarına qarşı müdafiəni gücləndirmək üçün Körfəz ölkələrinə səfərə yola düşüb.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat paylaşıb.
Zelenski bildirib ki, ukraynalı mütəxəssislər bölgədə həyatları qorumağa və vəziyyəti sabitləşdirməyə yardım edə bilərlər.
“Ukrayna dünyada hücum dronlarına qarşı müdafiə üzrə ən geniş təcrübəyə malikdir. Bizim təcrübəmiz olmadan Yaxın Şərqdə, o cümlədən Körfəzdə Avropa və Amerika tərəfdaşları üçün güclü müdafiə qurmaq çox çətin olar. Biz Ukraynaya kömək edənlərə yardım etməyə hazırıq”, - o qeyd edib.
İlqar Xudiyev Ukrayna Körfəz ölkələrinin müdafiəsi İran ABŞ