Çərşənbə, 11 Mart, 2026
Tarix: 11 Mar 2026 13:31
Avropa Rusiya neft-qazına qayıtmaqla artan enerji qiymətlərini azaltmağa çalışsa, bu, strateji səhv olardı.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bu gün Avropa parlamentində çıxışında deyib.
“İndiki böhran şəraitində bəziləri iddia edirlər ki, biz uzunmüddətli strategiyamızdan imtina etməli və hətta Rusiyanın fosil yanacaqlarına qayıtmalıyıq. Bu, strateji bir səhv olardı”, - von der Leyen qeyd edib.
Von der Leyen Aİ-nin enerji alqı-satıq müqavilələrindən daha yaxşı istifadə, dövlət dəstək tədbirləri və qaz qiymətlərinə subsidiya daxil olmaqla enerji tariflərini aşağı salmaq üçün variantlar hazırladığını vurğulayıb.
İlqar Xudiyev Aİ Avropa parlamenti Rusiya enerji daşıyıcıları