Azərbaycan nefti 5%-dən çox bahalaşıb

Tarix: 12 Mar 2026 09:40

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,09 ABŞ dolları və ya 5,6% artaraq 95,43 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 90,34 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Emil İsmayılov Azərbaycan nefti Azeri Light

Xəbər Lenti