Fatih Birol: Hazırda neft bazarı misli görünməmiş problemlərlə qarşılaşır

Tarix: 12 Mar 2026 10:36

Neft bazarları qlobal xarakter daşıyır, buna görə də böyük miqyaslı pozuntulara cavab da qlobal olmalıdır.

“APA-Economics”in Beynəlxalq Enerji Agentliyinə (IEA) istinadən verdiyi məlumata görə, bunu Agentliyin icraçı direktoru Fatih Birol deyib.

Onun sözlərinə görə, hazırda neft bazarı miqyasına görə misli görünməmiş problemlərlə qarşılaşır.

“Bu gün neft bazarının qarşılaşdığı problemlər miqyasına görə misli görünməmişdir, buna görə də Beynəlxalq Enerji Agentliyinin üzv ölkələrinin misli görünməmiş həcmdə fövqəladə kollektiv tədbir görməsinə çox şadam.

Neft bazarları qlobal xarakter daşıyır, buna görə də iri miqyaslı pozuntulara cavab da qlobal olmalıdır. Enerji təhlükəsizliyi IEA-nın əsas mandatıdır və üzv ölkələrin qətiyyətli şəkildə birlikdə addım ataraq güclü həmrəylik nümayiş etdirməsindən məmnunam”, - Fatif Birol vurğulayıb.

Qeyd edək ki, IEA-nın 32 üzv ölkəsi Yaxın Şərqdəki müharibənin neft bazarında yaratdığı pozuntuların aradan qaldırılması məqsədilə fövqəladə ehtiyatlarından 400 mln. barel neftin bazara çıxarılması barədə bu gün yekdilliklə qərar qəbul edib. Fövqəladə ehtiyatlar hər bir üzv ölkənin milli şəraitinə uyğun müddət ərzində bazara çıxarılacaq. Bundan əlavə, bəzi ölkələr tərəfindən əlavə fövqəladə tədbirlərin görülməsi də nəzərdə tutulur.

Emil İsmayılov Fatif Birol EIA neft bazarları Yaxın Şərq

Xəbər Lenti