Təsərrüfatını böyütmək istəyənlər üçün fürsət!

Tarix: 12 Mar 2026 11:19

Bu bahar təsərrüfatın üçün böyük planlarını həyata keçirmək və işini böyütmək üçün Expressbankdan sərfəli təklif var!

Belə ki, əkinçilik təsərrüfatı (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti alışı və s. üçün) ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər Expressbankdan aqro krediti illik 7%-dən başlayan faiz dərəcəsi200 000 manatadək 36 ayadək müddətdə əldə edə bilərlər.

Həmçinin, sahibkarların maliyyə yükünü azaltmağa dəstək məqsədilə bu təklif çərçivəsində 12 ayadək güzəşt müddəti nəzərdə tutulur. Qeyd edilən müddət ərzində sahibkar əsas məbləğ üzrə ödəniş etmək öhdəliyindən azad olmaqla yalnız faiz borclarını ödəmək üstünlüyü əldə edir. Bununla da, sahibkarlar bizneslərini inkişaf etdirmək üçün vəsaiti daha rahat idarə edə və maliyyə axınlarını daha səmərəli planlaşdıra bilirlər.

FİFD: min. 7.44% - maks. 27.50%

Aqro kredit haqqında daha çox məlumat əldə etmək və kredit sifarişi üçün indi müraciət edin!

Expressbank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

APA-Economics Expressbank təsərrüfat

Xəbər Lenti