Cümə axşamı, 12 Mart, 2026
Tarix: 12 Mar 2026 13:44
Beynəlxalq Enerji Agentliyi (IEA) cari il üçün dünya üzrə gündəlik ortalama neft tələbatının artım tempi üzrə proqnozunu 200 min barel azaldıb.
Bu barədə “APA-Economics” Agentliyin aylıq hesabatına istinadən xəbər verir.
Əvvəlki proqnoza əsasən, Agentlik bu il üçün neft tələbatının 850 min barel artaraq 104,87 mln. barel olacağını gözləyirdi.
Yeni hesabatda isə EIA cari il üçün neft tələbatının 650 min barel artaraq 104,77 mln. barel/səviyyəsinə çatacağını bildirir. Beləliklə, Agentlik proqnozunu 200 min barel azaldıb.
Hesabata əsasən, ötən il dünya üzrə gündəlik ortalama neft tələbatı 104,12 mln. barel səviyyəsində olub.
Emil İsmayılov IEA neft tələbatı