Cümə axşamı, 12 Mart, 2026
Tarix: 12 Mar 2026 13:32
Beynəlxalq Enerji Agentliyi (EIA) 2026-cı il üzrə qlobal ortalama gündəlik neft hasilatının artım tempi üzrə proqnozunu iki dəfədən çox azaldıb.
Bu barədə “APA-Economics” Agentliyin aylıq hesabatına istinadən xəbər verir.
Agentliyin proqnozuna görə, 2026-cı ildə dünya üzrə orta gündəlik neft hasilatı 1,11 mln. barel artaraq 107,23 mln. barel səviyyəsinə çatacaq.
Əvvəlki proqnoza əsasən, EIA hesab edirdi ki, dünya üzrə gündəlik neft hasilatı 2,39 mln. barel artaraq 108,56 mln. barel təşkil edəcək.
Nəticədə, son hesabatda agentlik dünya üzrə orta gündəlik neft hasilatının artım tempinə dair proqnozunu 1,28 mln. barel azaldıb.
Emil İsmayılov IEA neft hasilatı