Azərbaycanın müasir inkişaf modelinin əsas sütunları açıqlanıb

Tarix: 13 Mar 2026 11:40

Rəqəmsal infrastruktur, yaşıl enerji və hasilat sənayesinin yeni mərhələsi Azərbaycanın müasir inkişaf modelinin əsas sütunları kimi çıxış edir. APA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın təqdimatında bildirib. “Prezident İlham Əliyevin Davos platformasında vurğuladığı kimi nəqliyyat, rəqəmsal infrastruktur, yaşıl enerji və hasilat sənayesinin yeni mərhələsi Azərbaycanın müasir inkişaf modelinin əsas sütunları kimi çıxış edir. Hesabat ilində xüsusilə nəqliyyat, logistika və informasiya-rabitə sahələrində müşahidə olunan dinamika iqtisadiyyatın yeni artım mənbələrinin formalaşdığını göstərir. 2025-ci ildə qeyri-neft ÜDM-nin 13%-i bu sahələrin hesabına formalaşmışdır”, - deyə Baş nazir qeyd edib.

Firuzə Vahid Baş nazir nkişaf modeli

Xəbər Lenti