Cümə, 13 Mart, 2026
Tarix: 13 Mar 2026 12:40
2025-ci ildə gömrük orqanları tərəfindən kontrafakt, keyfiyyətsiz və ya istifadəyə yararsız mallarla mübarizə tədbirləri gücləndirilib, həyata keçirilmiş tədbirlər nəticəsində istifadəyə yararsız, saxta və kontrafakt hesab olunmuş spirtli içkilər, mobil telefonlar, elektron qalyanlar və s. dövriyyədən çıxarılıb.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Belə ki, dövr ərzində gömrük orqanları tərəfindən 56 hüquqpozma faktı üzrə 978,4 min manat dəyərində dərman vasitələrinin, 63,3 min manat dəyərində tibbi ləvazimatların və 32,6 min manat dəyərində qida əlavələrinin qanunsuz dövriyyəsinin qarşısı alınıb.
Hesabat ilində 1 235 hüquqpozma faktı üzrə gömrük sərhədindən qanunsuz yollarla keçirilən ümumilikdə 865,5 min manat dəyərində 2 159 ədəd mobil telefon aşkar edilib, gömrük sərhədindən qanunsuz yollarla keçirilən zaman 299,4 min manat dəyərində elektron mallar və onların aksesuarları, 6,2 min manat dəyərində məişət texnikası və əşyaları, 6 milyon 801 min ədəd pirotexniki məmulatlar, 82,6 min manat dəyərində avtomobil ehtiyat hissələri, 249,5 min manat dəyərində tikinti materialları, 19 ədəd odlu silah patronları, 13 ədəd soyuq silah və digər mallar tutulub.
2025-ci il ərzində təhqiqat və istintaq aparılmış işlər üzrə 5 milyon 313,9 min manat məbləğində vurulmuş ziyanın dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da əvvəlki illə müqayisədə 2,3 dəfə çoxdur.
İlahə Səlimova dərman vasitələri qanunsuz dövriyyə