Cümə, 13 Mart, 2026
Tarix: 13 Mar 2026 12:52
2025-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması faktları ilə bağlı araşdırmalar aparılıb.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Aparılan araşdırmaların nəticəsi olaraq 182 cinayət xarakterli faktdan 168-i üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. 14 fakt üzrə materialların isə gömrük orqanlarında araşdırılması davam etdirilir.
Bundan əlavə, 392 inzibati xəta faktı müəyyən edilib. Onlardan 353 inzibati xəta haqqında iş üzrə toplanmış materiallar baxılması üçün məhkəmə orqanlarına göndərilib.
Eyni zamanda, 32 inzibati xəta haqqında işə gömrük orqanları tərəfindən baxılıb və nəticədə 59,1 min manat məbləğində cərimə tətbiq olunub.
Hazırda 7 inzibati xəta faktı üzrə icraat inzibati araşdırma mərhələsindədir.
İlahə Səlimova xarici valyuta cinayət faktı