Cümə, 13 Mart, 2026
Tarix: 13 Mar 2026 13:57
İrandan Türkiyə istiqamətində buraxılan daha bir raket Hava Hücumundan Müdafiə sistemləri tərəfindən məhv edilib.
APA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Türkiyənin hava səmasına daxil olan İrandan atılmış ballistik raket Şərqi Aralıq dənizində NATO HHM sistemləri tərəfindən zərərsizləşdirilib.
Qeyd edək ki, gecə saatlarında Adanada, Batmanda və Diyarbəkirdə ballistik raketin zərərsizləşdirildiyi an bir çox vətəndaş tərəfindən müşahidə edilib.
***
10:23
İrandan buraxılan daha bir raketin Türkiyənin Hava Hücumundan Müdafiə sistemləri tərəfindən məhv edildiyi ilə bağlı məlumat yayılıb.
APA Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmi mənbələrdən əldə edilən məlumata görə, İran istiqamətindən gələn raket yaşayış məntəqələrinə çatmadan yüksək hündürlükdə zərərsizləşdirilib.
Müdaxilə zamanı hər hansı partlayış və ya insan itkisi baş vermədiyi, HHM sistemlərinin koordinasiyalı şəkildə fəaliyyət göstərdiyi bildirilib.
Lakin sözügedən raket hücumu rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə səmasında İran tərəfindən atılan iki raket zərərsizləşdirilib.
Dəryanur Cəfərova Türkiyə İran raket hücumu HHM NATO