Cümə, 13 Mart, 2026
Tarix: 13 Mar 2026 15:02
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edib.
APA FHN-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 13-də Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonları sakinlərinin qəbulunu keçirib.
Əvvəlcə, nazir K.Heydərov Ümummilli Lider Heydər Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstünü ziyarət edib.
Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ vətəndaş qəbulu





