Ağdamda əkin sahəsində qədim qəbir aşkarlanıb - FOTO

Tarix: 14 Nov 2023 15:19

Ağdamda əkin sahəsində qəbir aşkarlanıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, rayonun Mirəşelli kəndində, kənd sakini Ceyhun Kərimovun əkin sahəsində traktorla şumlama işləri aparılarkən böyük daş parçası çıxıb və sahədə məzar olduğu məlum olub.

Ağdam rayon İcra Hakimiyyəti başçısının Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Əliyev APA-ya açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanları əraziyə baxış keçirib. Ehtimal olunur ki, aşkar olunan qəbir eramızdan əvvələ aid antik qəbirdir. Qəbrin uzunluğu 1.90 metr, eni 0.60 metrdir.

Xəbər Lenti