Ukrayna parlamentində 60-a yaxın deputat mandatdan imtina etmək istəyir

Tarix: 14 Mar 2026 01:28

Ukrayna Ali Radasının onlarla deputatı səlahiyyətlərini dayandırmaq üçün ərizə yazıb.

APA xəbər verir ki, bu barədə parlament üzvü Aleksandr Yurçenko məlumat yayıb.

Onun sözlərinə görə, mandatını təhvil vermək istəyən deputatların sayı təxminən 50-60 nəfər civarındadır.

Söhbət əsasən hakim “Xalqın xidmətçisi” partiyasından olan deputatlardan gedir.

Deputatların bu qərarına səbəb kimi parlamentin uzun müddətli fəaliyyət dövrü, bəzi məsələlərdən narazılıq, yorğunluq və maaşların aşağı olması göstərilir.

ukrayna rada deputat istefa mandat

Xəbər Lenti