Tramp: ABŞ-ın İrana qarşı əməliyyatı planlaşdırılandan daha sürətlə irəliləyir

Tarix: 14 Mar 2026 03:11

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı planlaşdırılandan daha sürətlə həyata keçirilir.

APA xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.

Onun sözlərinə görə, əməliyyatın nə vaxt başa çatacağı ilə bağlı konkret müddət açıqlamaq mümkün deyil.

“Mən bu barədə danışa bilmərəm. Öz təsəvvürüm var, amma bunun nə fərqi var? Əməliyyat lazım olduğu qədər davam edəcək. Müddət deməyəcəyəm”, – deyə ABŞ prezidenti bildirib.

tramp abş iran

Xəbər Lenti