Şənbə, 14 Mart, 2026
Tarix: 14 Mar 2026 04:54
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Yaxın Şərqdə İran dronlarının zərərsizləşdirilməsi üçün Ukraynanın köməyinə ehtiyacı yoxdur.
APA xəbər verir ki, o, bu barədə "Fox News Radio"da yayımlanan “The Brian Kilmeade Show” proqramında danışıb.
Söhbət zamanı Tramp qeyd edib ki, Rusiya İrana müəyyən dəstək göstərə bilər, lakin ABŞ da Rusiya-Ukrayna müharibəsində Ukraynaya kömək edir və bunun müqabilində vəsait alır.
Aparıcı Ukraynanın ABŞ-a dronlardan müdafiə məsələsində kömək edib-etmədiyini soruşduqda, Tramp “xeyr” cavabını verib.
“Bizim dronlardan müdafiə üçün köməyə ehtiyacımız yoxdur. Dronlar barədə hamıdan çox məlumatımız var. Əslində, dünyanın ən yaxşı dronları bizdədir”, – deyə ABŞ prezidenti bildirib.
tramp ukrayna