Şənbə, 14 Mart, 2026
Tarix: 14 Mar 2026 09:33
Şimali Koreya tərəfindən ballistik raket atılıb.
APA xəbər verir ki, bu barədə NHK telekanalı Yaponiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, ballistik raket Yaponiyanın müstəsna iqtisadi zonasının kənarında dənizə düşüb.
Qeyd edək ki, bundan əvvəl “Yonhap” agentliyi Cənubi Koreya hərbi rəsmilərinə istinadən raketin şərq istiqamətində buraxıldığını xəbər verib.
Şimali Koreya Yaponiya raket Cənubi Koreya