SEPAH ABŞ-ın İranın adasına zərbə endirməsindən sonra BƏƏ-ni genişmiqyaslı hücumlarla hədələyib

Tarix: 14 Mar 2026 13:44

İran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şəhərlərindəki raket buraxılış yerlərini vurmağı qanuni hesab edir.

APA xəbər verir ki, bu barədə SEPAH-ın "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının sözçüsü bildirib.

Onun sözlərinə görə, BƏƏ şəhərlərindəki dəniz limanlarında və hərbi bunkerlərdə yerləşən Amerika raket buraxılış məntəqələrini vura bilərlər.

“BƏƏ-nin müsəlman əhalisini hər hansı bir zərər görməmələri üçün şəhərlərdəki limanları və ABŞ sığınacaqlarının yerləşdikləri bölgələri tərk etməyə çağırırıq”, - qeyd olunub.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Mərkəzi Komandanlığının İranın Xarq adasına böyük bir bombardman həyata keçirdiyini bildirib.

BƏƏ SEPAH

Xəbər Lenti