Tramp Britaniya və digər ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün gəmilər göndərməyə çağırır

Tarix: 14 Mar 2026 18:39

“Bir çox ölkələr, xüsusən də İranın Hörmüz boğazını bağlamaq cəhdindən təsirlənənlər, boğazı açıq və təhlükəsiz saxlamaq üçün ABŞ ilə birlikdə hərbi gəmilər göndərəcəklər”. APA xəbər verir ki, o, bu barədə ABŞ prezidenti Donald Tramp Truth Social” hesabındakı paylaşımında yazıb. O, eyni zamanda Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və digər ölkələri təhlükəsiz keçidi təmin etmək üçün oraya hərbi gəmilər göndərməyə çağırıb.

ABŞ Donald Tramp Hörmüz boğazı hərbi gəmilər İran Çin Fransa Yaponiya Cənubi Koreya Böyük Britaniya

Xəbər Lenti