Ukrayna Moskva istiqamətində kütləvi PUA hücumu həyata keçirib

Tarix: 14 Mar 2026 20:41

Ukrayna Silahlı Qüvvələri Rusiya paytaxtı Moskva istiqamətində kütləvi pilotsuz uçuş aparatları ilə hücum edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, Moskva istiqamətində uçan 32 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Mer əlavə edib ki, PUA-ların qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmətlər işləyir.

Fərid Əkbərov Ukrayna Rusiya

Xəbər Lenti