Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib - FOTO - YENİLƏNİB

Tarix: 15 Mar 2026 12:21

Tovuzda yaşlı qadının evində körpəsini atıb gedən ananın şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, körpənin anası Nuranə Əhmədova Mingəçevir şəhər sakinidir.

Azyaşlı isə 2026-cı il təvəllüdlü F.Əhmədovadır.

Polis araşdırma aparır.

***

saat 11.49

Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib.

APA-nın yerli bürosunun xəbərinə görə, orta yaşlı qadın Tovuz rayonda yaşlı qadının evinə gəlib, çöldə qaldığını bildirib.

Yaşlı qadın uşağı və anası evinə dəvət edib. Bundan sonra uşağın anası yemək almaq adı altında evi tərk edib, geri qayıtmayıb. Dərhal yaşlı qadın hüquq-mühafizə orqanlarına məlumat verib.

Hazırda körpə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, sabah uşaq sığınacağa yerləşdiriləcək.

Polis tərəfindən araşdırma aparılır.

Fuad Nazimoğlu Tovuz ana atılan körpə

Xəbər Lenti