, 15 Mart, 2026
Tarix: 15 Mar 2026 21:24
İran regionda yerləşən ABŞ hərbi infrastrukturu, eləcə də idarəetmə və qərar qəbuletmə mərkəzlərini hədəf alan yeni raket zərbələrinin başladığını elan edib.
APA xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, hücumlar “Khorramshahr”, “Kheibarshekan”, “Emad” və “Qadr” tipli superağır raketlərdən istifadə olunmaqla həyata keçirilir.
Eyni zamanda qeyd olunub ki, münaqişə başlayandan bəri ilk dəfə olaraq bərk yanacaqlı “Sejjil” tipli superağır raketlər də tətbiq edilib.