İran Dohaya zərbələr endiriləcəyi barədə xəbərdarlıq edib

Tarix: 16 Mar 2026 00:43

İran Silahlı Qüvvələri Qətərin paytaxtı Doha şəhərinin üç rayonuna zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq edib və həmin ərazilərin sakinlərini evakuasiya olunmağa çağırıb.

APA xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, xəbərdarlıqda Lusail, Əl-Uaab və Ayn-Xalid rayonlarının sakinlərinə müraciət edilib.

“Yaşadığınız ərazilərdə ABŞ Silahlı Qüvvələrinin əsgər və zabitləri yerləşir. Yaxın bir neçə saat ərzində həmin mövqelərə zərbə endirilə bilər. Bu rayonları mümkün qədər tez tərk edin”, – deyə məlumatda qeyd olunub.

Xəbər Lenti