SEPAH: İran ABŞ və İsrailin hücumu ilə bağlı cavab planını Xameneinin ölümündən əvvəl hazırlayıb

Tarix: 16 Mar 2026 00:33

İranın ali lideri ayətullah Əli Xamenei hələ ölümündən əvvəl ABŞ və İsrailin mümkün hücumu halında həyata keçiriləcək hərbi əməliyyat planını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, general-mayor Əli Məhəmməd Naini bildirib.

Onun sözlərinə görə, ABŞ İranın müharibə doktrinasını nəzərə almayıb.

“ABŞ nəzərə almadı ki, şəhid imamımız müharibə doktrinasını müəyyən etmişdi və bu doktrinaya görə müharibə regional ölçü daşıyacaq. Əməliyyat planları inqilab liderinin şəhid olmasından əvvəl nəzərdən keçirilib və təsdiqlənib”, – deyə o, SNN telekanalına açıqlamasında bildirib.

Naini əlavə edib ki, hazırda ABŞ müharibəni dayandırmaq yollarını axtarır.

“Bu gün, 15 gün sonra düşmən çaşqınlıq içindədir və onların elitası planın olmamasında ittiham olunur. Düşmən indi müharibəni başa çatdırmaq üçün İranla necə qarşılıqlı fəaliyyət göstərəcəyini düşünür. Düşmən məğlubiyyətini etiraf edir”, – deyə SEPAH nümayəndəsi qeyd edib.

sepah iran abş israil

Xəbər Lenti