Kallas: Aİ Hörmüz boğazının açıq qalması üçün addımları müzakirə edəcək

Tarix: 16 Mar 2026 11:30

Avropa İttifaqı “Aspides” dəniz missiyasının mandatını dəyişə bilər.

APA xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Hörmüz Boğazının açıq qalması Avropa İttifaqının maraqlarına uyğundur və birlik bu həyati əhəmiyyətli dəniz nəqliyyatı marşrutunun açıq qalmasını təmin etmək üçün Aİ-nin nə edə biləcəyi müzakirə olunacaq.

Qeyd edək ki, “Aspides” Avropa İttifaqı tərəfindən Qırmızı Dənizdə gəmilərin təhlükəsiz gediş-gəlişini təmin etmək üçün yaradılmış missiyadır.

Toğrul Quluzadə Aİ Avropa İttifaqı Kallas İran Hörmüz Boğazı

Xəbər Lenti