Bazar ertəsi, 16 Mart, 2026
Tarix: 16 Mar 2026 11:03
Son iki gün ərzində Moskva istiqamətində 250-yə yaxın Ukrayna pilotsuz uçuş aparatı vurulub.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib.
Qeyd edək ki, son iki sutka ərzində Ukrayna ordusu Moskvanı kütləvi dron hücumuna məruz qoyub. Təyyarə tipli pilotsuz uçuş aparatlarının Moskva vilayətinin ərazisində Rusiya Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən vurulduğu bildirilib.
Ukraynanın dron hücumu səbəbi ilə Moskvanın hava limanlarının fəaliyyəti iflic olub. Şeremetyevo hava limanında dünən "Xalça planı" tətbiq edilib. Digər hava limanlarında da təyyarələrin eniş və uçuşuna məhdudiyyətlər tətbiq olunub.
Kiyevin kütləvi dron hücumu fonunda Moskva və Sankt-Peterburq daxil olmaqla Rusiyanın böyük şəhərlərində bir həftədən çoxdur ki, mobil internetə məhdudiyyət tətbiq olunub. Şəhər mərkəzlərində mobil internet tam söndürülüb.
Fərid Əkbərov Moskva Ukrayna Rusiya dron