Çərşənbə, 18 Mart, 2026
Tarix: 16 Mar 2026 12:11
Biz Gürcüstanla bağlı başqa nə edə biləcəyimizi düşünürük, belə ki, bu ölkədəki vəziyyət getdikcə daha da ciddiləşir.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
O xatırladıb ki, Gürcüstan diplomatları üçün Aİ-yə vizasız gediş-gəliş rejimi martın 6-dan dayandırılıb.
Kallas Gürcüstan hökumətinin qətiyyən düzgün istiqamətdə addımlamadığını vurğulayıb.
Qeyd edək ki, Aİ-nin Xarici İşlər Şurasının bu gün keçiriləcək iclasında Gürcüstanla bağlı məsələ də müzakirə olunacaq.
Cəmilə Babayeva Kallas Aİ Gürcüstan Avropa İttifaqı