Bazar ertəsi, 16 Mart, 2026
Tarix: 16 Mar 2026 15:55
Neft və qazın qiymətlərinin qalxması Rusiyanın müharibə ehtiyatını doldurur.
APA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa İttifaqı Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.
“Buna görə də Almaniya və Avropa İttifaqı Rusiyaya qarşı enerji sanksiyalarını qətiyyətlə dəstəkləyir və biz əlavə tədbirlərlə Rusiyanın gəlirlərini daha da azaltmaq istəyirik. İndi sanksiyaları yumşaltmaq tamamilə yanlış yoldur”, — Vadeful vurğulayıb.
İlqar Xudiyev Almaniya Aİ Rusiya əlehinə sanksiyalar