Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır

Tarix: 17 Mar 2026 13:43

Hörmüz boğazını açıq saxlamaq üçün diplomatik yollar tapmalıyıq.

Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “Reuters”ə müsahibəsində deyib.

Kallas bildirib ki, Aİ ölkələri Hörmüz missiyasında iştirak etmək istəmirlər.

Onun sözlərinə görə, Hörmüz boğazında Qara Dənizdə mövcud olan mexanizmə oxşar bir plan hazırlana bilər: “Bu mexanizmdə ticarət gəmilərinin təhlükəsiz gediş-gəlişi təmin oluna bilər. Əsas məsələ isə budur ki, İran da daxil olmaqla qonşu ölkələr bununla razılaşacaq, ya yox?”

Aİ-nin ali nümayəndəsi vurğulayıb ki, Aİ ABŞ-la müttəfiq olsa da, Vaşinqtonun son addımlarını tam anlamır: “Bu müharibə başlayanda bizimlə məsləhətləşmə aparılmayıb. Bu müharibənin məqsədləri, necə davam edəcəyi ilə bağlı bizə heç nə deyilməyib. İran müharibəsini bitirməyin vaxtı çatıb. Bu müharibənin qlobal iqtisadiyyat üçün çox ciddi nəticələri var”.

Kallas əlavə edib ki, ABŞ-ın addımlarını proqnozlaşdırmaq mümkün deyil.

Toğrul Quluzadə Kallas Avropa Qara Dəniz Hörmüz Boğazı

Xəbər Lenti