Əli Laricaninin müraciəti yayımlanıb - YENİLƏNİB

Tarix: 17 Mar 2026 14:18

Əli Laricaninin müraciəti yayımlanıb.

APA xəbər verir ki, müraciətin mətni İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin “X” hesabında paylaşılıb.

Lakin müraciətdə İsrailin gecə saatlarında Tehrana aviazərbələri nəticəsində öldürülən yüksək vəzifəli İran rəsmiləri, o cümlədən Əli Laricani barədə heç nə deyilməyib.

Laricaninin müraciətində Şri-Lanka sahillərində ABŞ-ın batırdığı gəmidə ölən İran dənizçiləri ilə bağlı başsağlığı yer alıb.

Qeyd edək ki, İsrail müdafiə naziri Katz Əli Laricaninin öldürüldüyünü açıqlayıb.

***

13:08

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin tezliklə müraciəti yayımlanacaq.

Bu barədə İran mediası məlumat yayıb.

Qeyd edək ki, İsrail ordusunun Əli Laricanini hədəf aldığı bildirilir, onun yaralandığı və ya öldürüldüyü bəlli deyil.

Toğrul Quluzadə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrail ordusu

Xəbər Lenti