Çərşənbə axşamı, 17 Mart, 2026
Tarix: 17 Mar 2026 14:51
Rusiyanın Ural bölgəsi birbaşa təhlükə altındadır.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ural Federal Dairəsində keçirdiyi müşavirədə bildirib.
O deyib ki, bu yaxınlara qədər Ukraynadan hava zərbələri endirilə bilməyən Ural indi birbaşa təhlükəli zonada yerləşir.
Şoyqunun sözlərinə görə, silahların, ilk növbədə pilotsuz sistemlərin inkişafı elədir ki, Rusiya Federasiyasının istənilən bölgəsi təhlükə altındadır.
O əlavə edib ki, 2025-ci ildə Ukraynanın Rusiya infrastrukturuna hava hücumları demək olar dörd dəfə artıb: “Ukrayna Rusiyada təxribat və terror hücumlarına cəhd etməyə davam edir. 2025-ci ildə Rusiyada 1830 terror hücumu törədilib ki, bu da 2024-cü illə müqayisədə 40% və 2023-cü illə müqayisədə 6,5 dəfə çoxdur. Düşmən internet vasitəsi daxil olmaqla Rusiya əhalisinə təsir göstərmək üçün informasiya və psixoloji müharibədən aktiv şəkildə istifadə edir. Yaxın Şərqdəki hadisələr fonunda vacib infrastruktura təhdidlər daha da real və miqyaslıdır. Kiyevin hücumlarının əsas hədəfləri Rusiya Federasiyasındakı hərbi, nəqliyyat və yanacaq-enerji obyektləridir”.
Fərid Əkbərov Rusiya Sergey Şoyqu Ukrayna müharibə Ural