Çərşənbə axşamı, 17 Mart, 2026
Tarix: 17 Mar 2026 18:02
Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb.
Bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Hakan Fidan Lavrovla Ukrayna münaqişəsinin vəziyyətini müzakirə edib və Türkiyənin yeni danışıqlar raunduna ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.
Mənbə bildirib ki, söhbət zamanı həmçinin enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.
Bundan əlavə, Fidan Lavrov ilə Yaxın Şərqdəki münaqişələrin dayandırılması və diplomatik həll yolları imkanlarını da müzakirə edib.
İlqar Xudiyev Türkiyə Rusiya Ukrayna sülh danışıqları