Hakan Fidan müharibənin dayandırılması üçün Yaxın Şərq ölkələrinə səfər edəcək

Tarix: 17 Mar 2026 20:11

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ–İsrail–İran münaqişəsinin dayandırılması məqsədilə region ölkələrinə səfər edəcəyini bildirib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, nazir İsrailin İranın siyasi liderlərini hədəf almasını beynəlxalq humanitar hüquqa zidd kimi qiymətləndirib.

O, bu addımı suiqəsd kimi dəyərləndirərək, İsrailin bu siyasətdən çəkindirilməsinin vacibliyini vurğulayıb.

Nazir əlavə edib ki, planlaşdırılan səfərlər çərçivəsində müharibənin tezliklə dayandırılması üçün region ölkələri ilə əməkdaşlığın gücləndirilməsi və birgə səylərin artırılması müzakirə olunacaq.

Dəryanur Cəfərova Hakan Fidan Türkiyə Yaxın Şərq

Xəbər Lenti