Çərşənbə, 18 Mart, 2026
Tarix: 17 Mar 2026 22:46
Gürcüstanın Katolikos-Patriarxı II İliya vəfat edib.
APA xəbər verir ki, bu barədə “Mtavari Arxi” telekanalı məlumat yayıb.
“Gürcüstanın Katolikos-Patriarxı II İliya 93 yaşında klinikada vəfat edib”, – deyə məlumatda qeyd olunub.
*** 09:11 "Gürcüstan Patriarxı II İliyanın vəziyyəti problemlidir, lakin stabildir".
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığından bildirilib.
"Ali dini liderin əsas həyati göstəricilərinin mümkün qədər tez bərpa edilməsi üçün müşahidə aparılır və bütün zəruri tədbirlər görülür. Onun yaşını və digər faktorları nəzərə alsaq, vəziyyət asan deyil. Patriarx həkimlərin nəzarəti altındadır", - Gürcüstanın Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.
***
08:38
Gürcüstan Patriarxı II İliya səhhətindəki problemlərlə bağlı olaraq xəstəxanaya yerləşdirilib.
APA-nın yerli bürosu xəbər verir ki, onun vəziyyəti ağır qiymətləndirilir.
Xəstəxanadan bildirilib ki, patriarx mədə qanaxması ilə daxil olub və müvafiq tibbi-diaqnostik prosedurlar həyata keçirilib. Onun müalicəsi intensiv terapiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, II İliyanın 93 yaşı var. O, 1977-ci ildən Gürcüstanın Katalikos-Patriarxıdır.
Cəmilə Babayeva Gürcüstan Patriarx II İlya