SEPAH “Bəsic” qüvvələrinin rəhbərinin öldürüldüyünü təsdiqləyib

Tarix: 17 Mar 2026 22:48

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Bəsic” hərbiləşdirilmiş qüvvələrinin rəhbəri, general-mayor Qulamrza Süleymaninin öldürüldüyünü təsdiqləyib.

APA xəbər verir ki, bu barədə SNN telekanalı SEPAH-ın mətbuat xidmətinə istinadən məlumat yayıb. Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri İrana hava zərbələri zamanı “Bəsic” qüvvələrinin komandiri Qulamrza Süleymaninin də hədəf alındığı barədə məlumat yaymışdı.

bəsic SEPAH Qolamreza Süleymani

Xəbər Lenti