Çərşənbə, 18 Mart, 2026
Tarix: 18 Mar 2026 04:42
İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun mərkəzinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 11-ə çatıb.
APA xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
*** 04:34 İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun mərkəzinə endirdiyi zərbə nəticəsində azı 4 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin Beyrutun sıx məskunlaşmış Zukak əl-Blat və Bosta rayonlarına hücumu zamanı 4 nəfər həlak olub, daha 7 nəfər yaralanıb”, – deyə məlumatda vurğulanır.
Qeyd olunub ki, hadisə yerində xilasetmə qrupları fəaliyyət göstərir, ölənlərin və yaralananların sayının artacağı istisna edilmir.
israil livan